Modern.az

Xaçmazda avtomobildən narkotik tapıldı

Xaçmazda avtomobildən narkotik tapıldı

31 Oktyabr 2017, 12:41

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

 

Modern.az DİN-in Mətbuat Xidmətinin Quba regional qrupununa istinadən xəbər verir ki, oktyabrın 29-da RPŞ –yə daxil olmuş əməliyyat məlumatı əsasında  Xaçmaz şəhər sakini Tərlan Dəmirov saxlanılmışdır. Onun idarə etdiyi “İnfiniti” markalı avtomobilə baxış zamanı yük hissəsində olan bükülüdə icərisində 241.223 qram çəkidə olan qurudulmuş marixuana aşkar olunmuş, maddi sübut kimi götürülüb. Saxlanılan T.Dəmirov əvvəllər cinayət məcəlləsinin dələduzluq maddəsi ilə məhkum olmuşdu.

 

Həmin gün RPŞ- nin əməkdaşları tərəfindən keçirilmiş digər bir əməliyyat – axtarış tədbirləri nəticəsində Xaçmaz şəhər sakini Rəşad Quliyev saxlanılmışdır. Onun uzərinə  baxış keçirilərkən salafan torbada 51.125 qram çəkidə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür.

 

Hər iki faktla əlaqədar Quba RPŞ-də cinayət işi başlanmışdır, araşdırmalar aparılır.  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?