Modern.az

Evdən oğurluq edən şəxslər saxlanılıb

Evdən oğurluq edən şəxslər saxlanılıb

31 Oktyabr 2017, 16:07

Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə  mənzildən oğurluq edən şəxslər tutulub.

 

Rayonun Üçtəpə kənd sakini olan bir nəfər qadın  RPŞ-yə müraciət edərək ona məxsus evdənüçüncü dəfə oğurluq olunduğunu bildirib.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən şübhəlilər müəyyən edilib və onlar saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

 

RPŞ-də aparılan arqaşdırmalar zamanı Üçtəpə kənd sakini Səxavət Zeynalov və Elvin Hüseynov etiraf ediblər ki,evdən ümumilikdə 1822 manat pul oğurlayıbar. Saxlanılan şəxslər pulu bölüşərək xərclədiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?