Bu gün UEFA Gənclər Liqasında 4-cü tura start verilib. Modern.az xəbər verir ki, "C" qrupunda mübarizə aparan "Qarabağ” gəncləri Madrid "Atletiko"sunun qonağı olub.
Görüşdə cəmi bir qol vurulub. qeydə alınıb. "Qarabağ”ın oyunçusu Deda oyunun 45-ci dəqiqəsində komandasına qələbə qazandıran qolu vurub. Bu oyunda vurulan yeganə qol olub.
Qeyd edək ki, "Qarabağ" bundan əvvəl "Çelsi”yə 0:5, "Roma”ya 0:3, "Atletiko”ya isə 1:5 hesabı ilə məğlub olmuşdu.