Modern.az

Bakcell tələbələr üçün yay təcrübə proqramı elan edir

Bakcell tələbələr üçün yay təcrübə proqramı elan edir

14 İyun 2011, 17:28

Azərbaycanda ilk mobil operator olan Bakcell şirkəti tələbələr üçün Yay Təcrübə Proqramını elan edir. Yay Təcrübə Proqramının məqsədi telekommunikasiya sahəsində karyera qurmaq arzusunda olan tələbələrə şirkətin müxtəlif layihələrində iştirak edərək, praktik təcrübə qazanmaq imkanı yaratmaqdır. 

Bakcell şirkətinin Baş icraçı direktoru cənab Riçard Şirer proqram haqqında bunları deyib: “Bakcell Azərbaycanın telekommunikasiya bazarında aparıcı biznes qurumlarından biri olmaqdan qürur duyur. Biz Azərbaycan cəmiyyəti və gələcəyi qarşısında korporativ məsuliyyətimiz çərçivəsində gənclər üçün bir çox tədris və təlim layihələrinə böyük sərmayələr yatırırıq. Məqsədimiz – gənc tələbələrimizi sürətlə inkişaf edən bu qabaqcıl sənaye və onun təklif etdiyi karyera imkanları ilə  yaxından tanış etməkdir”.

Bakcell-in Yay Təcrübə Proqramını iştirak etmək üçün ərizələrin qəbulu 30 iyun 2011-ci il tarixinə kimi davam edəcək. Maraqlanan tələbələr öz tərcümeyi-hallarını (CV) [email protected] elektron ünvanına göndərə bilərlər. Seçilmiş tələbələrə həmçinin təqaüd veriləcək. Seçim zamanı kommersiya və marketinq sahələri üzrə təhsil alan tələbələrə üstünlük veriləcək.

Qeyd edək ki, Bakcell gənclərin kadr hazırlığı üzrə bir neçə böyük layihəyə vəsait ayırıb. Bakcell və Junior Achievement Azərbaycan təşkilatının texniki fakültə tələbələri üçün “Mobil Telekommunikasiya Biznesinə Giriş” təlim proqramı, Bakcell və AIESEC beynəlxalq tələbə gənclər  təşkilatının gənclər üçün təcrübə mübadiləsi proqramı və tələbələr üçün “Bakcell Məzunu” proqramı bu layihələr sırasındadır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular