Monteneqronun xarici işlər naziri Sercan Darmanoviç Azərbaycanda rəsmi səfərdədir.
Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) Modern.az-a verilən məlumata görə, 1-2 noyabr tarixlərində ölkəmizdə rəsmi səfəri zamanı S.Darmanoviçin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
XİN-də keçiriləcək görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.