Modern.az

Elektrik enerjisi təchizatındakı hüquqpozmalar müzakirə olundu

Elektrik enerjisi təchizatındakı hüquqpozmalar müzakirə olundu

14 İyun 2011, 18:01

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, 14 Iyun tarixində Amerika Biriləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi və “Bakıelektrikşəbəkə” ASC-nin (Bakı şəhəri üzrə elektrik enerjisi təchizatçısı şirkət) və digər tərəflərin iştirakı ilə “Elektrik enerjisi təchizatı sahəsində əldə edilən nailiyyətlər və vətəndaşların qarşılaşdıqları  problemlər”in müzakirəsi ilə bağlı dəyirmi masa keçirilib. Tədbirdə, Bakı Şəhər Mənzil Kommunal İstismar departamenti, Fövqəladə Hallar Nazirliyi Baş Prokurorluq,  yerli və beynəlxalq qeyri-hökumət təşkilatların nümayəndələri iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd elektrik enerji təchizatının şəffaflaşdırılması istiqamətində qarşıya çıxan çatışmazlıqları müəyyənləşdirmək və müzakirə etmək, korrupsiyaya şərait yarada biləcək halları ən aza endirmək və bu kimi çatışmazlıqları aradan qaldırılması istiqmətində müəyyən tövsiyyələr vermək olub. Digər bir vacib amil isə vətəndaş cəmiyyəti üzvləri ilə hakimiyyət nümayəndələrinin birgə dialoqunu qurmaq,  korrupsiyaya  qarşı mübarizə ilə bağlı ictimai müzakirələrin təşviq edilməsinə nail olmaqdır.

Qara Nəbiyev, Bakıelektrikşəbəkə ASC-nin Satış Departamentin rəisi son illər enerji təchizatı, abonenetlərə göstərilən xidmətin keyfiyyətinin artırılması istiqamətində görülən işlərlə bağlı danışıb.  “Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva enerji təchizatında şəffaflıq problemləri barədə çıxış edib və problemlərin aradan qaldırılması ilə bağlı tövsiyyələrini çatıdırıb. Konstitutsiya Araşdırmalar Fondunun prezidenti, Korrupsiyaya Qarşı Mübarizə Üzrə QHT-lərin məlumatlandırma və əməkdaşlıq şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev əhaliyə elektrik enerjisinin verilməsində istehlakçı-təchizatçı münasibətlərindəki mövcud problemlər barədə fikirlərini bildirib.
Konstitutsiya Araşdırmalar Fondu tərəfindən icra olunan “Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi” layihəsinin eksperti Ələlkbər Ağasıyev elektrik enerjisi təchizatında təchizatçı qurumlar tərəfindən yol verilən xarakterik istehlakçı hüquqpozmalarından danışıb.

İştirakçılar hökumətlə vətəndaş cəmiyyətinin üzvləri arasında fikir mübadiləsinin effektiv nəticələr verə biləcəyini və bu kimi tədbirlərin gələcəkdə də keçirilməsinin vacib olduğunu bildiriblər.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular