Modern.az

YAP prezident seçkisinə HAZIRLAŞIR

YAP prezident seçkisinə HAZIRLAŞIR

1 Noyabr 2017, 12:23

“Yeni Azərbaycan Partiyası daxilində 2018-ci ildə ölkəmizdə keçiriləcək prezident seçkilərinə hazırlıqlar aparılır. Partiyada əvvəlki təcrübələrin yekunu qurulur, seçki prosesində siyasi kadrlar dəqiqləşdirilir, cəmiyyətin əhval-ruhiyyəsi öyrənilir, yeni siyasi texnologiyalar hazırlanır və sair. İstədiyimiz etimadı doğrultmaq və yenidən qazanmaqdır”.

 

Bu sözləri Modern.az saytına açıqlamasında  YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat  Aydın Mirzəzadə deyib.

 

Deputat YAP-ın VI qurultayının keçirilməsinin hələ ki, gündəlikdə olmadığını deyib.

 

“Bu barədə hər hansı bir məlumatım yoxdur. Ona görə də partiyanın qurultayının nə zaman keçiriləcəyi barədə məlumat verə bilmərəm”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı