Modern.az

Sabahın havası – Güclü külək, yağış, qar

Sabahın havası – Güclü külək, yağış, qar

1 Noyabr 2017, 12:42

Sabaha olan hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında noyabrın 2-dəhavanın tutulub açılacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

 

Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13, gündüz 13-16,Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiq i762 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında bəziyerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir  güclənəcək.

 

Havanın temperaturunun gecə 6-11, gündüz 14-19,dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda İĞTİŞAŞLAR BAŞLADI - Xalq ayağa qalxdı