Modern.az

Hüseyn Abdullayev Ərdoğana məktub yazıb

Hüseyn Abdullayev Ərdoğana məktub yazıb

14 İyun 2011, 18:24

Milli Məclisin keçmiş üzvü Hüseyn Abdullayevin Facebook sosial şəbəkəsində özünün səhifəsini yaradıb. Şəxsi pofilində özü ilə bağlı məlumatlarda eks-millət vəkili “cumhurriyyətçi və dünyəvi dövlət tərəfdarı” olduğunu yazıb. Bundan başqa, digər bölmədə keçmiş deputat özünün “demokrat və vətənpərvər” olduğunu qeyd edib.

H.Abdullayev həmçinin Türkiyədə keçirilən son parlament seçkilərində qələbə qazanması  münasibəti ilə baş nazir Ərdoğana təbrik məktubu göndərib. O həmin məktubu öz profilində də  yerləşdirib. “Qardaş ölkə olan Türkiyədə seçkilərdən sonra təkrar olaraq iş başına gələn AKP lideri Rəcəb Tayyib Ərdoğanı təbrik edirəm”-deyə eks-deputat yazıb.

Hüseyn Abdullayevin mətbuat xidmətinin rəhbəri Nəzakət Hacıyeva Modern.az-a açıqlamasında səhifənin eks-deputata məxsusluğunu və saxta olmadını təsdiq edib.
 
Tanınmış iş adamı Hüseyn Abdullayev 2005-ci ildə keçirilən parlament seçkiləri nəticəsində deputat mandatı qazanıb. Milli Məclisin keçmiş üzvü 2006-cı ilin fevralında Azərbaycan hökümətinin parlamentdə illik hesabatı zamanı hökümətin fəaliyyətini tənqid edib. Bu isə iclada qalmaqalla müşayiət olunub. Deputat həmkarı Fəzail Ağamalı ilə əlbəyaxa olan H.Abdullayevin bundan sonra deputat mandatı əlindən alınıb. Bir müddət həbsdə saxlandıqdan sonra azad edilib.

H.Abdullayev həmçinin bəstəkarlıq fəaliyyəti ilə də məşğuldur. Onun bir sıra mahnıları ölkədə hitə çevrilə bilib. Bu sırada “Azərbaycan” mahnısı xüsusilə diqqət çəkir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular