Modern.az

Dini Komitə Filarmoniya bağındakı çayxana ilə bağlı araşdırma aparıb

Dini Komitə Filarmoniya bağındakı çayxana ilə bağlı araşdırma aparıb

14 İyun 2011, 18:32

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Filarmoniya bağındakı çayxananın köhnə mədrəsə binasında yerləşməsi ilə bağlı məsələni araşdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən Modern.az-a məlum olub ki, çayxananın yerləşdiyi tikilidə - ayaqyolunun yanında ərəbcə yazılar var imiş. Binanın əvvəllər mədrəsə və yazıların Qurani-Kərimdən ayələr ola biləcəyi nəzərə alınaraq çayxana sahibi tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə məlumat verilib və İdarənin əməkdaşları həmin yazıları götürüblər. Eyni zamanda, bildiriblər ki, həmin yazılar muzeylərdən birində tarixi eksponat kimi nümayiş etdiriləcək.
“Onu da əlavə edək ki, bu məsələ ilə bağlı Dövlət Komitəsinə heç kim, o cümlədən Hacı Əbdül müraciət etməyib. Ancaq məsələni ətraflı öyrənmək üçün Dövlət Komitəsinin əməkdaşı Hacı Əbdüllə də əlaqə saxlayıb”-deyə komitədən bildirilib.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular