Modern.az

İşsizlikdən sığorta fondunun büdcəsi məlum oldu

İşsizlikdən sığorta fondunun büdcəsi məlum oldu

Aktual

1 Noyabr 2017, 15:45

2018-ci ilin dövlət büdcəsinin  layihəsində ilk dəfə olaraq işsizlik sığortası ilə bağlı mexanizmin tətbiqi üçün vəsait nəzərdə tutulub.

Modern.az-ın məlumatına görə, bu barədə, “2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyinin xülasəsində qeyd edilib.

“İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” qanun layihəsinə görə, büdcədən maliyyələşən təşkilatlar və orada işləyənlər üzrə 35452,4 min manat vəsaitin icra ediləcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, “İşsizlikdən sığorta haqqında” qanun 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?