Modern.az

Asim Mollazadə: “Regional münaqişələr demokratikləşmə və Avropa inteqrasiyasına mane olur”

Asim Mollazadə: “Regional münaqişələr demokratikləşmə və Avropa inteqrasiyasına mane olur”

14 İyun 2011, 19:27

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Azərbaycan-Amerika Gənclər İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə təşkil etdiyi Şərq Tərəfdaşlığı Gənclər Forumunda iştirak edib. Forumda millət vəkili “Şərq tərəfdaşlığı bölgəsində mövcud olan münaqişələr, onların demokratikləşmə və inteqrasiya prosesinə təhdidi: çağırışlar və ümumi baxış” mövzusunda məruzə edib. A.Mollazadə çıxışında Avropa Birliyinin Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin ərazisindəki münaqişələrə, onların həlli yollarına toxunub. Qeyd edib ki, regiondakı münaqişələr, o cümlədən də Dağlıq Qarabağ problemi bölgədə davamlı sülhün yaranmasına, demokratikləşməyə, Avropa inteqrasiyasına və əməkdaşlığa mane olur. Millət vəkili Avropa Birliyi ilə Şərq  Tərəfdaşlığı çərçivəsində sıx əməkdaşlığın bölgəmizin inkişafına müsbət təsir edəcəyini bildirib.


Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular