Türkiyə Cümhuriyyətinin prezidenti Abdulla Gül baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilən Nazirlər Kabinetinin istefasını qəbul edib.
Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Çankaya köşkündə reallaşan görüşmənin ardından rəsmi olaraq hökumətin ietefaya göndərildiyi bəyan edilib.
Məlumata görə, bu günə qədərki xidməti üçün hökumət üzvlərinə təşəkkürlərini bildirən Abdulla Gül nazirlərə yeni hökumət qurulana qədər vəzifələrinə davam etmələrini istəyib.
Modern.az