Modern.az

12 yaşlı şagirdə qarşı  seksual hərəkətlər edən direktor dindirilib

12 yaşlı şagirdə qarşı  seksual hərəkətlər edən direktor dindirilib

1 Noyabr 2017, 17:52

Xaçmaz rayonunda orta məktəbdə 12 yaşlı şagirdə qarşı  seksual hərəkətlər edən məktəb direktoru prokurorluğa çağırılıb. 

"Report"un Şimal bürosunun məlumatına görə, rayonun Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülfəz Alxasov rayon prokurorluğunda 6-cı sinif şagirdinə qarşı etdiyi seksual hərəkətlərə görə dindirilib.

Modern.az saytı Xaçmaz rayonundakı məktəblə əlaqə saxlayıb. Məktəbdən bildiriblər ki, hadisə araşdırılır.

“Xaçmaz rayonunun Arzu qəsəbə tam orta məktəbində baş verən hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.

Virtualaz.org-un məlumatına görə, Arzu kənd məktəbinin direktoru 62 yaşlı Gülfəz Alxasov 6-cı sinifdə oxuyan qızlardan birini kabinetinə çağırıb və onun dodağından öpüb. Bu hadisəni isə həmin an direktordan icazə almaq üçün onun kabinetinə gələn qadın işçilərdən biri görüb. Hadisədən xəbər tutan kənd sakinləri məktəbin qarşısına toplaşıb, direktorun cəzalandırılmasını, kənddən qovulmasını tələb edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?