Modern.az xəbər verir ki, 12 dövlət qurumunun komandası arasında keçirilən “Parlament kuboku 2011” futbol turniri bu gün yekunlaşıb.
İyunun 14-də BDU-nun stadionunda keçirilən finalda Milli Məclis Vergilər Nazirliyi ilə qarşılaşıb.
Milli Məclis aparatının komandası 1:0 hesabı ilə qalib gələrək “Parlament kuboku 2011”ə sahib olub.
Üçüncü yerin mükafatı isə Xarici İşlər və Səhiyyə nazirliklərinə verilib.
Kuboku Milli Məclisin komandasına parlamentin I vitse-spikeri Ziyafət Əsgərov təqdim edib.
Modern.az