Balakən rayonunda millət vəkili, tarix elimləri doktoru, AMEA-nın müxbür üzvü Yaqub Mahmudovun həyat, elmi və ictimai fəaliyyətinə həsr edilmiş “Tarixin izi ilə” adlı sənədli filmin təqdimatı keçirilib. Filmin təqdimat mərasimində Balakən rayon İcra Hakimiyyəti başçısı İslam Rzayev, deputatlar Rəbiyyət Aslanova, Yaqub Mahmudov, Qənirə Paşayeva, Ceyhun Osmanlı, Rəfail Cəbrayılov, AMEA-nın vitse prezidenti Arif Həşimov və müvafiq təşkilat nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən deputatlar və digər natiqlər Yaqub Mahmudovun həyat və yaradıcılığından, elmi və ictimai fəaliyyəti barədə ətraflı məlumat veriblər. Daha sonra mərasim iştirakçıları 50 dəqiqə davam edən sənədli filmin nümayişini izləyiblər.
Qeyd edək ki, “Tarixin izi ilə” sənədli filmi Azərbaycan Televiziya və Radio verlişləri QSC-də istehsal edilib, filmin ssenari məlifi Yaqub Mahmodovdur. Siyasi portret janrında çəkilən “Tarixin izi ilə” filmi Yaqub Mahmudovun həyat, elmi və ictimai fəaliyyətinə həsr olunub. Filmdə Azərbaycan tarixinin müxtəlif zaman kəsiyində üzləşdiyi qadağalardan söhbət açılır. Çəkilişlər Şəkidə, Balakəndə və Bakıda aparılıb.
Xaliq Qurbanov