Modern.az

Dilqəm və Şahbaz üçün petisiya başladı - Səs verin!

Dilqəm və Şahbaz üçün petisiya başladı - Səs verin!

Aktual

3 Noyabr 2017, 08:31

Ermənistan silahlı qüvvələrinin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması ilə bağlı petisiya başlanılıb.

Modern.az xəbər verir ki, bu barədə millət vəkili Vüsal Hüseynov məlumat yayıb. Onun sözlərinə görə, petisiya Avropa İnsan Hüquqları Məhkəməsinin sədrinə, Fransa Prezidentinə, Fransa Milli Assambleyasının sədrinə və Avropa Şurasının baş katibinə ünvanlanıb:

“Petisiyanın tamamlanması üçün 3000 imza hədəflənib. Artıq 728 şəxs dəstəkləyib”.

Qeyd edək ki, petisiyanı BURADAN  imzalamaq olar. 

 
Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?