Modern.az

Minsk Qrupu təhdid edir: “Tərəflər baza prinsiplərini qəbul etməsələr, yeni konsepsiya ilə çıxış edəcəyik”

Minsk Qrupu təhdid edir: “Tərəflər baza prinsiplərini qəbul etməsələr, yeni konsepsiya ilə çıxış edəcəyik”

16 İyun 2011, 11:04

Bernar Fasye Avropa Parlamentində Qarabağın taleyi ilə bağlı çıxış edib

“Əgər tərəflər yaxın günlərdə Madrid təklifləri əsasında təklif edilən baza prinsiplərini qəbul etməsələr, o zaman vasitəçilər münaqişənin həll edilməsi üçün yeni konsepsiya ilə çıxış etməli olacaqlar”.  Modern.az bildirir ki, Mins Qrupunun fransalı həmsədri Bernar Fasye dünən Brüsseldə  bu sözləri Avropa Parlamentinin Qarabağla bağlı dinləmələrində çıxışı zamanı deyib.

Fasye çıxışı zamanı qeyd edib ki, tərəflərə təklif olunan Madrid prinsiplərinə görə, Dağlıq Qarabağ ətrafında ərazilər (işğal olunmuş rayonlar-red) Dağlıq Qarabağın təhlükəsizliyi və özünüidarəçiliyi təmin edilməsi şərti ilə azad edilməlidir. Dağlıq Qarabağın statusu isə gələcəkdə səsvermə yolu ilə müəyyən ediləcək. 

Fasyenin sözlərinə görə, həmsədrlər bu təkliflər üzərində 2005-2006-cı ilərdə işləyiblər və “Madrid prinsipləri” adı ilə açıqlanıb.

Fransalı həmsədr vurğulayıb ki, 2010-cu ilin əvvələrində Azərbaycan Madrid prinsiplərinin yenilənmiş variantına razılığını verib. Bundan sonra həmsədlər tərəflərə bir neçə dəyişdirilmiş təklifləri təqdim ediblər. 
“Beləliklə bu gün biz, Qarabağ münaqişəsinin həll edilməsinin 3-cü dövrünə qədəm qoymuşuq”-deyə diplomat vurğulayıb. 

X. SƏFƏROĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular