Modern.az

QƏZA: “KamAZ”dakı daşlar “Mercedes”in üstünə töküldü, ölən var

QƏZA: “KamAZ”dakı daşlar “Mercedes”in üstünə töküldü, ölən var

Aktual

3 Noyabr 2017, 12:15

Noyabrın 2-də saat 05 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Saray qəsəbə sakini Mirislam Yaqubov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun kənarında dayanmış Masazır qəsəbə sakini Samiq Mehrəliyevə məxsus “Mercedes” markalı avtomobilin sərnişini, Astara rayon sakini Səid Salmanovu vurub.

Daxili İşlər Nazirliyindən Modern.az-a bildirilib ki. hadisə nəticəsində “KamAZ” markalı avtomobil aşıb və yük yerində olan mişar daşlarının bir hissəsi “Mercedes” markalı avtomobilin üzərinə dağılıb. Nəticədə xəstəxanaya yerləşdirilən S.Salmanov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU