Modern.az

Deputatdan NARAZILIQ: “Dilqəmlə Şahbaz üçün başlanan petisiya zəif gedir”  

Deputatdan NARAZILIQ: “Dilqəmlə Şahbaz üçün başlanan petisiya zəif gedir”   

3 Noyabr 2017, 15:52

“Ermənistan silahlı qüvvələrinin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması ilə bağlı 3 gündür ki, petisiya başladılıb”.

Bu barədə Modern.az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov məlumat verib.

Deputat bildirib ki, petisiya Avropa İnsan Hüquqları Məhkəməsinin sədrinə, Fransa Prezidentinə, Fransa Milli Assambleyasının sədrinə və Avropa Şurasının baş katibinə ünvanlanıb.

“Petisiyanın tamamlanması üçün 3000 imza hədəflənib. Artıq  1248 şəxs bunu dəstəkləyib. Bu çox zəif göstəricidir. Azərbaycan ictimaiyyəti bu petisiyaya dəstək verməklə, məsələyə laqeyd olmadığını göstərməlidir. Həmçinin, petisiyaya dəstək verməklə Avropa İnsan Hüquqları Məhkəməsinin sədrindən, Fransa Prezidentindən, Fransa Milli Assambleyasının sədrindən və Avropa Şurasının baş katibindən məsələyə reaksiya gözləyə bilər”.

V.Hüseynov qeyd edib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti də  Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılması ilə bağlı məsələni daim gündəlikdə saxlayır.

“Hətta Avropa İnsan Hüquqları Komisarına da müraciət etmişik ki, nəyə görə bu məsələ ilə bağlı heç bir reaksiya verilmir. Bizdə petisiyalara qarşı biganəlik var. Halbuki onu imzalamaq bir dəqiqə vaxt aparmır. Bir vətandaş olaraq bu petisiyaya hamılıqda  dəstək verməliyik”.


Petisiyanı aşağıdakı linkdən imzalamaq olar:

//www.change.org/p/la-cour-europ%C3%A9enne-des-droits-de-l-homme-la-lib%C3%A9ration-des-civils-azerba%C3%AFdjanais-pris-en-otage-par-les-forces-arm%C3%A9es-arm%C3%A9niennes?recruiter=12303036&utm_source=share_petition&utm_medium=email&utm_campaign=share_email_responsive

 

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onlarla birlikdə  gedən Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

 H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!