Modern.az

Azərbaycandakı bankların aktivləri və işçilərinin sayı- RƏQƏMLƏR

Azərbaycandakı bankların aktivləri və işçilərinin sayı- RƏQƏMLƏR

İqtisadiyyat

3 Noyabr 2017, 16:15

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 30 sentyabr 2017-ci il tarixinə cəmi aktivləri 26,163.6 milyon manat, cəmi öhdəlikləri isə 23,145.0 milyon manat təşkil edib.

 

Maliyyə Bazarlarına Nəzarət Palatasından Modern.az-a verilən məlumata görə, sektorun balans kapitalı 3,018.6 milyon manat, əhalinin əmanətləri 6,999.5 milyon manat olub.

 

Bankların filiallarının sayı 557, şöbələrinin sayı 142, ATM-lərin sayı 2,486-dır. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,340 nəfər təşkil edib.

 

Hazırda ölkədə fəaliyyət göstərən 123 Bank olmayan kredit təşkilatlarının 178 filialında 2324 nəfər işçi çalışır.

 

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu