Ali məktbələrin magistraturasına ixtisas seçimi başa çatıb və 7846 bakalavr ikinci mərhələnin elektron ərizəsini təsdiq edib.
Bu barədə Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissyasının mətbuat xidmətindən məlumat veriblər. Hazırda bakalavrların elektron ərizələrinin statistik təhlili aparılır.
Ilkin məlumata görə, magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak hüququ olan 8000 bakalavrdan 7846-sı internetlə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını və ixtisaslaşmaları təsdiq ediblər.
Qeyd edək ki, ali məktəblərin magistraturasına qəbul imtahanlarının ikinci mərhələsi iyunun 26-da Bakı, Naxçıvan və Gəncədə keçiriləcək
Modern.az