Modern.az

Vətəndaşların seçici siyahısına daxil edilməsi qaydası da dəyişdirilir  

Vətəndaşların seçici siyahısına daxil edilməsi qaydası da dəyişdirilir   

Aktual

4 Noyabr 2017, 10:57

Azərbaycanda vətəndaşların seçici siyahısına daxil edilməsi və seçici siyahısından çıxarılması qaydasında dəyişiklik edilir.

Modern.az-ın məlumatına görə, bununla bağlı Seçki Məcəlləsinin 47-ci maddəsinin (vətəndaşların seçici siyahısına daxil edilməsi və seçici siyahısından çıxarılması ) 47.9-cu bəndinədəyişiklik edilir.

Təklif olunan dəyişikliyə görə, seçici siyahıları ümumi tanışlıq üçün təqdim edildikdən sonra seçki məntəqəsinin ərazisində məskunlaşan və hər hansı səbəbdən siyahılara daxil edilməyən seçicilər şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd, zərurət olduqda isə həmçinin seçicinin həmin seçki məntəqəsi ərazisində daha çox yaşamasını təsdiq edən sənədlər əsasında məntəqə seçki komissiyası tərəfindən seçici siyahılarına əlavə edilirlər.

 

Hazırki qanunvericilikdə isə qeyd edilib ki, seçici vəsiqələri paylandıqdan və seçici siyahıları ümumi tanışlıq üçün təqdim edildikdən sonra seçki məntəqəsinin ərazisində məskunlaşan və hər hansı səbəbdən siyahılara daxil edilməyən seçicilər şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd, zərurət olduqda isə həmçinin seçicinin həmin seçki məntəqəsi ərazisində daha çox yaşamasını təsdiq edən sənədlər əsasında məntəqə seçki komissiyası tərəfindən seçici siyahılarına əlavə edilirlər.

 

Seçki Məcəlləsinə dəyişiklik Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!