Türkiyədə 4 məhbus həbsxanadan qaçıb.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Niğde rayonunda yerləşən həbsxanada qeydə alınıb.
Axşam yoxlaması zamanı 4 məhkumun olmadığını görən həbsxana işçiləri dərhal polisə xəbər veriblər.
Hazırda məhbusların saxlanılması üçün rayonun giriş-çıxışında polis postları qurulub, axtarışlar aparılır.