Nöyabrın 4-də səhər saatlarında “28 May” NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə bədbəxt hadisə baş verib.
Modern.az xəbər verir ki, bu haqda SOCAR-ın mətbuat xidməti məlumat yayıb.
Bildirlib ki, qazmaçı köməkçisi işləyən 1958-ci il təvəllüdlü Əliyev Rasim İbrahim oğlu 262 saylı quyuda işləyən zaman dənizə düşərək ölüb. Onun meyiti sudan çıxarılıb.
Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.