Noyabrın 4-də Azərbaycanın işğal altındakı keçmiş Agdərə rayonu ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi hissələrdən birində güclü partlayış baş verib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisənin silah anbarında baş verdiyi bildirilir. Məlumata görə, partlayış nəticəsində 12 nəfər ölüb və xeyli sayda yaralı var.
Hazırda araşdırma və xilasetmə tədbirlərinin həyata keçirildiyi qeyd olunur.