Modern.az

Baş nazir istefa verdi - SƏBƏB

Baş nazir istefa verdi - SƏBƏB

Aktual

4 Noyabr 2017, 16:32

Bu gün vəzifəsindən istefa verən Livanın baş naziri Saad Həriri bu addımının səbəbini açıqlayıb.

Trend-in məlumatına görə, Həriri bəyan edib ki, ona qarşı sui-qəsd hazırlanıb. O, İranı ərəb dövlətlərini dağıtmaq cəhdində günahlandırıb.

Saad Həriri hazırda ölkədəki vəziyyətin atasının sui-qəsdə uğradığı dövrün ab-havası ilə oxşar olduğunu deyib: "Biz Rafik Həririnin öldürüldüyü günlərin atmosferində yaşayırıq. Hiss edirəm ki, həyatıma sui-qəsd üçün gizli bir şey hazırlanır".

Qeyd edək ki, Saad Həririnin atası Rafik Həriri Livanın baş naziri olub və 2005-ci ildə sui-qəsd nəticəsində öldürülüb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər