Modern.az

"KaMAZ" minik maşını ilə toqquşdu: 2 yaralı

"KaMAZ" minik maşını ilə toqquşdu: 2 yaralı

Aktual

4 Noyabr 2017, 21:59

İmişli rayonunda baş verən yol qəzasında 2 nəfər xəsarət alıb. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.

"Mersedes" markalı avtomobil hərəkətdə olarkən "KaMAZ" markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində Biləsuvarda müvəqqəti məskunlaşmış Cəbrayıl rayon sakinləri - 39 yaşlı Abas Əhliman oğlu Qəmzəyev, 36 yaşlı Əhmədxan Sədaqət oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar İmişli Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanada tibbi yardım göstərildikdən sonra hər iki yaralı travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?