Modern.az

Şahzadə və sabiq nazir korrupsiya ittihamı ilə saxlanılıb

Şahzadə və sabiq nazir korrupsiya ittihamı ilə saxlanılıb

Dünya

5 Noyabr 2017, 10:37

Səudiyyə Ərəbistanında şahzadə Əl-Valid bin Tələl bin Əbdüləziz Əl Səud və sabiq nazir İbrahim bin Əbdüləziz Əl Əsəfd hüquq mühafizə orqanları tərəfindən saxlanılıblar.

 

Modern.az-ın"Reuters" agentliyinə istinadən verdiyi məlumata əsasən, onların barəsində araşdırma aparılır.

 

Şənbə günü ölkənin Korrupsiyaya qarşı Ali Mübarizə Komitəsi hakim ailənin 11 şahzadəsi və bir çox hazırki və sabiq nazirlərin korrupsiya ittihamı ilə həbs edilməsi barədə qərar çıxarıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil