Ermənistan Demokrat Partiyası prezident Sərkisyanı Kazan görüşü ərəfəsində siyasi quvvələrin iştirakı ilə Forum çağırmağı təklif edib. Modern.az erməni informasiya resurslarına istindaən bildirir ki, EDP sədri Aram Sarkisyan bu forumun görüşqabağı vacib olduğunu bildirib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan prezidentlərinin görüşü “hazırda aparılan danışıqlar prosesinin sonunucu mərhələsi olacaq”.
Odur ki, partiya sədri münaqişə ilə bağlı ümumi fikir mübadiləsi üçün bu forumun keçirilməsinə çağırıb.