Modern.az

Uçan aparatla dənizə düşən turist azərbaycanlı olmayıb - Yenilənib

Uçan aparatla dənizə düşən turist azərbaycanlı olmayıb - Yenilənib

Aktual

5 Noyabr 2017, 20:03

Gürcüstanın Batumi şəhərində Qara dənizə düşən deltaplanla Ukrayna və İran vətəndaşları uçub. Modern.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə  Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların idarə olunması Agentliyinin mətbuat xidməti məlumat yayıb.

 

Daha öncə deltaplanla Azərbaycan və Ukrayna vətəndaşlarının uçduğu bildirilirdi.

 

"Aparat 15 metr yüksəkliyindən Batumi yaxt-klubunun sahilinin yaxınlığında düşüb. Hadisə bu günün ikinci yarısında baş verib", - deyə məlumatda bildirilir.

 

Hadisənin rəsmi səbəbi hələlik məlum deyil.

 

18:04

 

Batumidə deltaplanla uçan azərbaycanlı və ukraynalı turistlər Qara dənizə düşüblər.

 

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Qeyd olunur ki, aparat uçmağa cəhd göstərdikdən sonra dərhal dənizə düşüb. Xilasedicilər aparat və iki turisti xilas edə biliblər.

Deltaplan 15 metr yüksəkliyindən düşüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!