Modern.az

Bakıda İran vətəndaşını aldatdılar

Bakıda İran vətəndaşını aldatdılar

Aktual

5 Noyabr 2017, 20:37

Bakıda İran vətəndaşına qarşı dələduzluq edilib. Modern.az  Lent.az-a istinadən xəbər verir ki, İran İslam Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Sabirik Harzaqahi Əli Məhəmmədhüseyn oğlu Nəsimi rayon 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, həmyerlisi olan tanışı Fərhad Fərhadyan onu Bakıda fəaliyyət göstərən Tibb Universitetinə qəbul etdirəcəyinə vəd verib. Bu məqsədlə 22 yaşlı Sabirik Harzaqahi Fərhadyana 7500 manat pul verib. Lakin o, daha sonra aldadıldığını görərək polisə müraciət edib.

 

Müraciət əsasında araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!