Modern.az

Ağcabədidəki qəzada 2 nəfər öldü - Yenilənib

Ağcabədidəki qəzada 2 nəfər öldü - Yenilənib

Aktual

5 Noyabr 2017, 23:02

Ağcabədidə baş verən yol qəzası nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb. Modern.az APA-ya istinadən xəbər verir ki, rayonun Boyad kəndində baş verən qəzada yaralanan sürücü, 38 yaşlı Şamil Mirzəyev xəstəxanada vəfat edib. Digər sürücü, 20 yaşlı Rahib Məmmədov isə komaya düşüb.

 

Qeyd edək ki, Rahib Məmmədovun idarə etdiyi “VAZ-21011” markalı avtomobil Ş. Mirzəyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində sərnişin Ş. Məmmmədov hadisə yerində həyatını itirib. Hər iki sürücü isə yaralı vəziyyətdə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

21:14

 

Ağcabədi rayonunda  iki “VAZ” markalı avtomobil toqquşub. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Boyat kəndində baş verib.

 

Hadisə nəticəsində Boyat kənd sakini, 1979-cu il təvəllüdlü Mirzəyev Şamil Ramiz oğlu və 1997-ci il təvvəllüdlü Ağdam rayonu, Mahrızlı kənd sakini Məmmədov Rahib Sahib oğlu xəsarət alıb.

 

Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətləri orta ağırdır. Qəza nəticəsində həyatını itirən şəxsin kimliyi müəyyənləşdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!