Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) “Nərimanov” kinoteatrının qarşısındakı meydanda kütləvi etiraz aksiyası keçirməyə razılıq verməyib. Bu barədə Modern.az-a İctimai Palataya daxil olan Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı bildirib.
Onun sözlərinə görə, şəhər rəhbərliyi İctimai Palatanın (İP) iyunun 19-na təyin etdiyi aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) göndərdiyi müraciətinə cavab olaraq aksiyanın Bibiheybət qəsəbəsi, 20-ci sahə yaşayış massivi, Elçin Əzizov küçəsində yerləşən Sürücülük Məktəbinin həyətindəki meydançada keçirilməsi təklif edilib.
İctimai Palatanın katibi bildirib ki, hazırda bununla bağlı Koordinasiya Şurasının iclası keçirilib. Bu iclasda aksiyanın İctimai Palatanın istədiyi yerdə keçirilməsinə qərar verilib.
Müsavat başqanının müavini Tofiq Yaqublu Modern.az-a deyib ki, İctimai Palatanın Koordinasiya Şurası bu günkü iclasında iyunun 19-da mitinq keçirməklə bağlı qərar qəbul edib. O, qeyd edib ki, İctimai Palata iyunun 19-da Nəriman Nərimanov parkında nəzərdə tutduğu etiraz aksiyasını keçirəcək.
Modern.az