Modern.az

Bu gün milli televiziya və radio günüdür

Bu gün milli televiziya və radio günüdür

6 Noyabr 2017, 00:07

Bu gün Azərbaycanda televiziyanın yaranmasının 61 və radionun yaranmasının 91 yaşı tamam olur. Modern.az xəbər verir ki, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosu fəaliyyətə başlayıb. Həmin vaxtdan bu  tarix radio işçilərinin peşə bayramı kimi qeyd edilir. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın 14-də efirə çıxıb. Azərbaycan televiziyası yaranandan sonra bu tarix təkcə radionun deyil, həm də teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb.

 

Qeyd edək ki, hazırda Azərbaycanda 10 ümumrespublika, 13 regional, 17 kabel, 15 internet, 1 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərir.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər