Modern.az

Müxalifət və iqtidarla keçirdiyi görüşlər ABŞ rəsmisinin xoşuna gəlib

Müxalifət və iqtidarla keçirdiyi görüşlər ABŞ rəsmisinin xoşuna gəlib

16 İyun 2011, 18:16

“Bir sıra beynəlxalq qurumların Azərbaycana dair hesabatlarındakı azad KİV, seçki və siyasi fəaliyyətlə bağlı məqamlar bu istiqamətdə görülməli işlərin olduğunu göstərir”. Bu sözləri jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan ABŞ dövlət katibi müavininin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Tomas Melia deyib. ABŞ rəsmisi bildirib ki, Azərbaycanda insan hüquqlarının vəziyyəti daha yaxşı ola bilər və olmalıdır”.

Azərbaycanda rəsmi şəxslər, siyasi partiya rəhbərləri və media təmsilçiləri ilə keçirdiyi görüşləri “faydalı görüşlər” adlandıran Melia qeyd edib ki, Vaşinqton üçün demokratiya və insan hüquqları mövzusunun diqqət mərkəzindədir.  
“İnsan hüquqları sahəsində uğurlar əldə etmiş dövlətlərlə Amerikanın əməkdaşlığı da uğurlu olur. Biz Azərbaycan hökumətini bu sahəyə daha böyük diqqət yetirməyə çağırırıq”-deyə o qeyd edib.

Azərbaycanda müstəqil medianın inkişafına toxunan T. Melia ümid etdiyini bildirib ki, müstəqil jurnalistikaya daha münbit şərait yaradılacaq, müxtəlif əngəllər aradan qaldıracaq.

Demokratiyanı Amerika hökuməti üçün əsas prioritetlərdən biri kimi səciyyələndirən Melia deyib ki, ABŞ-la əlaqələrini möhkəmləndirmək istəyən hər bir ölkə bu sahədə daha əzmlə çalışmalıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular