Modern.az

Bakıda corab istehsal ediləcək

Bakıda corab istehsal ediləcək

Aktual

6 Noyabr 2017, 12:55

Azərbaycanın Pirallahı rayonunda corab istehsalı üzrə müəssisə yaradılması nəzərdə tutulub. 

 

Bu haqda Modern.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

 

Məlumata görə, Azərbaycan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Pirallahı rayonunda prioritet sahəhələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

 

Fond tərəfindən keçirilmiş işgüzar forum nəticəsində sahibkarlar tərəfindən startapların maliyyələşdirilməsi, eləcə də zeytun və badam təsərrüfatlarının, corab istehsalı müəssisəslərinin və plastik və polietilən qablaşdırmanın təkrar emalı üzrə müəssisələrin yaradılması üzrə investisiya layihələri üzrə təkliflərin qəbul edilməsi məqsədəuyğun hesab olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!