Noyabrın 6-da Vyetnamda güclü qasırğa nəticəsində həlak olanların sayı 47 nəfərə çatıb, 21 nəfər isə itkin düşüb.
Modern.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıblar. Hadisə Nyaçanq şəhəri yaxınlığında baş verib. Burada küləyin sürəti saatda 90 kilometrə çatıb. Qasırğa minlərlə evin damını uçurub, yüzlərlə elektrik dirəyini aşırıb. Bir sıra rayonlarda yolları su yuyub, məktəblərdə dərslər dayandırılıb