Bakıdakı mənzillərdən birində ölüm hadisəsi qeydə alınıb.
Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1990-cı il təvəllüdlü Həsənov Orxan İsmayıl oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
***
Bakıda meyiti tapılan gəncin intihar etdiyi məlum olub.
Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 1990-cı il təvəllüdlü Həsənov Orxan İsmayıl oğlunun özünü asdığı müəyyənləşib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.