Tovuz rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Modern.az-ın məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində baş verib. Kənd sakini, 1996-cı il təvəllüdlü Yusifova Röyalə Rövşən qızı evlərinin hamamında dəm qazından zəhərlənib.
Ailə üzvlərinin köməyi ilə o, dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.