Modern.az

Bu yanacağın idxalı gömrük rüsumundan azad edilib

Bu yanacağın idxalı gömrük rüsumundan azad edilib

6 Noyabr 2017, 18:40

Nazirlər Kabineti “TS-1” markalı reaktiv mühərriklər üçün yanacağın Azərbaycana idxalının gömrük rüsumlarından azad edilməsi müddətini 31 yanvar 2018-ci ilədək uzadıb.

 

Modern.az-ın Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, bundan başqa, Nazirlər Kabinetinin qərarı ilə reaktiv mühərriklər üçün yanacağın idxalına aksiz dərəcələri 31 yanvar 2018-ci ilədək bir ton üçün 80 manatdan 1 manatadək azaldılıb.

 

Hər iki qərar noyabrın 3-dən qüvvəyə minib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!