Modern.az

Azərbaycan şahmatçıları Avropa çempionu oldular

Azərbaycan şahmatçıları Avropa çempionu oldular

6 Noyabr 2017, 21:47

Şahmat üzrə Azərbaycan yığması Krit adasında (Yunanıstan) keçirilən Avropa komanda çempionatının qalibi olub. Modern.az xəbər verir ki, son turda Ukrayna komandası ilə heç-heçə oynayan şahmatçılarımız turniri 15 xalla yekunlaşdırıb.

 

Azərbaycan-Ukrayna matçında Şəhriyar Məmmədyarov-Pavel Elyanov, Teymur Rəcəbov-Yuri Krivoruçko, Arkadi Naydiç-Ruslan Panomaryov və Rauf Məmmədov-Martın Kravtsiv görüşləri keçirilib. Bütün cütlüklər heç-heçə oynayıb. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

 

Rusiya yığması 9-cu turda Almaniyadan üstün olub və çempionatı 15 xalla bitirib.

 

Lakin əlavə əmsalların cəminə görə Azərbaycan yığması çempionatın qalibi adını qazanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!