Modern.az

Bakıda yol qəzası: ata və oğlu ölüb, daha beş nəfər yaralanıb

Bakıda yol qəzası: ata və oğlu ölüb, daha beş nəfər yaralanıb

7 Noyabr 2017, 09:54

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, paytaxtın Pirallahı rayonunda Rafael Əkbərovun idarə etdiyi “Mercedes” markalı avtomobil Rövşən Bəydəmirovun idarə etdiyi “VAZ-2107” markalı maşınla toqquşub.

 

Nəticəndə “VAZ-2107”də olan sərnişinlərdən Babaxan Fətullayev və onun 5 yaşlı oğlu Elcan aldıqları xəsarətdən hadisə yerində ölüblər. Hər iki nəqliyyat vasitəsinin sürücüsü və sərnişinlərindən ümumilikdə 5 nəfər xəsarətlə xəstəxanaya müraciət edib.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir