Modern.az

Bakıda piyadanı vurub qaçan qadın sürücü tutuldu

Bakıda piyadanı vurub qaçan qadın sürücü tutuldu

7 Noyabr 2017, 12:11

Bakıda avtomobillə piyadanı vurub qaçan sürücü tutulub. Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, noyabrın 6-da saat 11 radələrində Nəsimi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Amil Rüstəmli vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Toyota” markalı avtomobilin sürücüsü - Abşeron rayon sakini Şahruzad Novruzova saxlanılıb.

 

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Xoşqədəmin verilişində şok AÇIQLAMA - "Yoldaşım mənə müğənni Mətanətlə xəyanət edir