Modern.az

Qəbələdə ümumrespublika kampaniyası (FOTOLAR)

Qəbələdə ümumrespublika kampaniyası (FOTOLAR)

17 İyun 2011, 10:34

“Vətəni tanı” Ümumrespublika Kampaniyasının seçim turları davam etməkdədir. Layihə çərçivəsində növbəti tədbir Qəbələ rayonunda baş tutub.

Şəhər orta məktəbində keçirilən tədbirin açılış mərasimində çıxış edən Gənclər Təşkilatları Milli Şurasının İdarə heyətinin üzvü Heydər Atayev  bildirib ki, hazırda ölkəmizdə gənclər siyasəti çox uğurla həyata keçirilir. Gənclərimizin hərtərəfli inkişafı üçün istər paytaxtda, istərsə də regionlarda əlverişli şərait yaradılıb. Tədbirin əhəmiyyətindən danışan H.Atayev qeyd edib ki, bu gün Azərbaycan gəncləri həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıdırlar.

Gənclərə yarış haqqında məlumat verilib. 150 gəncin qatıldığı yarışmada iki nəfər respublika turuna vəsiqə qazanıb.

Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları  nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin “AVA” Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.



Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular