Modern.az

Deputat təbii fəlakət bölgəsinə gedib

Deputat təbii fəlakət bölgəsinə gedib

17 İyun 2011, 11:03

Millət  vəkili  Vahid  Əhmədov  Qubaya  düşən dolu  və  leysan yağışının yaratdığı problemləri  yerində öyənmək məqsədi ilə Quba şəhərində və rayonunun bir sıra kəndlərində olub. Bu barədə Modern.az-a deputat köməkçisi Arif Orucov məlumat verilib.

Onun sözlərinə görə, rayon fövqəladə hallar komissiyasının sədri, rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Sahib Məmmədovun verdiyi məlumata görə, 1 saatdan artıq davam edən dolu və leysan təsərrüfatlara və yaşayış evlərinə ciddi ziyan vurub. Hazırda işçi qrupları dəyən ziyanın müəyyənləşdirilməsi və tələfatların aradan qaldırılması istiqamətində iş aparır.

Güclü leysandan əsasən Quba şəhəri və Vladimirovka inzibati ərazi vahidliyi ciddi ziyan görüb. Quba şəhərində 250 evə, Vladimirovka ınzibati ərazi vahidliyində isə 150 evə ziyan dəyib. Evlərin zirzəmilərinə dolan, eləcə də yaşayış otaqlarının daxilinə dolan sel suları ev əşyalarını da yararsız hala salıb, evlərin bünövrəsini zədələyib, çiy kərpicdən tikilmiş 11 ev isə tamamilə qəzalı vəziyyətə düşüb.
Yerlərdə vəziyyətlə tanışlıqdan sonra deputat rayonun İcra Hakimiyyətinin başçısı ilə görüşərək,yaranmış vəziyyətlə bağlı görüləcək tədbirləri müzakirə ediblər.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular