Modern.az

340-dək hüquqşünas məhkəmə hakimliyinə namizədliyini irəli sürüb

340-dək hüquqşünas məhkəmə hakimliyinə namizədliyini irəli sürüb

17 İyun 2011, 11:55

Məhkəmə Hakimlərinin Seçki Komitəsinin iclasında namizədlərin sənədlərinin qəbulu vəziyyəti müzakirə olunub, 6 ay davam edən sənəd qəbulu zamanı 340-dək hüquqşünasın namizədliyini irəli sürməsi bildirilib.  
Məhkəmə-Hüquq Şurasından verilən məlumata görə, son vaxtlar sənəd verənlərin sayının minimuma enməsi ilə əlaqədar sənəd qəbulunun iyun ayının 30-da başa çatdırılması qərara alınıb. Bununla əlaqədar hakim olmaq arzusunda olan hüquqşünaslar həmin tarixədək bütün iş günləri ərzində saat 9:00-dan 18:00-dək sənədlərini Hakimlərin Seçki Komitəsinə təqdim edə bilərlər.

Eyni zamanda iclasda müsabiqədə iştirak üçün namizədliyini irəli sürmüş hüquqşünasların imtahanlara mükəmməl hazırlaşmaları məqsədilə iyul ayından müvafiq hazırlıq kurslarının təşkili, kurslarda hüququn müxtiəlif sahələri üzrə təcrübəli mütəxəssislərin çıxışlarının nəzərdə tutulduğu bildirilib.

“Qeyd edilməlidir ki, əvvəllər keçirilmiş müsabiqələr zamanı 235 nəfər yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim vəzifələrinə təyin olunmuşlar. Əksəriyyəti 35 yaşınadək olan bu hakimlər mövcud hakim korpusunun 50 faizini təşkil etmişlər”-deyə Məhkəmə-Hüquq Şurasından bildirilib.

Gənc hüquqşünasların bu prosesə qatılmasının məhkəmə sisteminin inkişafında əhəmiyyəti nəzərə alınaraq onlar müsabiqədə daha fəal iştiraka dəvət olunurlar.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular