Modern.az

Rusiya MDB-nin sərhəd böhranlarını tənzimləyəcək xüsusi hərbi quvvələr yaradır

Rusiya MDB-nin sərhəd böhranlarını tənzimləyəcək xüsusi hərbi quvvələr yaradır

17 İyun 2011, 12:41

Hazırda Tədbirlər Planı Minskdə ekspert qrupunun iclasında müzakirə edilir

MDB ölkələri quruma daxil olan dövlətlərin xarici  sərhədlərində böhranlı situasiyaları tənzimləmək üçün sərhəd quvvələrini yaratmaq niyyətindədirlər. Modern.az İTAR-TASS-a istinadən bildirir ki, bu barədə MDB ölkələrinin sərhəd qoşunlarının komandanlıq Şurasının Koordinasiya Xidmətinin şöbə müdiri Anatoli Qonçar məlumat verib.  Onun sözlərinə görə, bu sərhəd quvvələrinin yaradılması MDB-nin Məramnaməsində nəzərdə tututlan daxili böhranların təşkilat üzvlərinin birgə səyləri ilə aradan qaldırılması barədə öhdəliyinə uyğundur.

MDB-nin mətbuat xidməti isə məlumat yayıb ki, hazırda protokolun reallaşdırılması üzrə Tədbirlər Planı Minskdə ekspert qrupunun iclasında müzakirə edilir.

Qonçarın sözlərinə görə, sənədi artıq MDB-nin 6 dövləti imzalayıb. Tədbirlər planı 2012-2015-ci illərə əhatə edəcək. Burada əməkdaşlığın hüquqi-normativ bazası və praktik təşkilatı tədbirləri təsdiq edilib. 

Bu sərhəd quvvələrinin özünün qərargahı və silahla təminatı olacaq. Amma bu daimi olmayacaq. “Müvafiq zamanda dövlətlər xüsusi hərbi bölmələr təşkil edəcək və bu xüsusi təyinatlı dəstələr birgə qruplaşmanın tərkibinə daxil olacaq. Təhlukə yarandığı təqdirdə onlar müəyyən olunmuş yerdə toplaşaraq müəyyən edilmiş regiona göndəriləcək. Əgər milli qanunvericilik xaricə hərbi qüvvə göndərmək imkanı vermirsə, o zaman protokol üzvü olan ölkə xüsusi texnika və silahlarla kömək göstərə bilər”-deyə mütəxəssis bildirib.

Ekspertlərin müzakirə etdiyi ikinici sənəd birinci ilə sıx bağlıdır. Bu sənədə görə, sərhəd qurumlarınnın öz tərkiblərində xarici sərhədlərə edilən təhlükəni müəyyən edəcək mütəxəssis-ekspertlərdən ibarət qrup yaratmaq nəzərdə tutulub. “Bu ekspert qrupu hərbi təyinatlı olmayıb mütəxəssis mübadiləsi aparacaq”. 

Ekspertlərin son razılaşmasından sonra Tədbirlər Planı və Saziş MDB ölkələrinin Şurasının növbəti iclasında dövlət başçılarının müzakirəsinə çıxarılacaq. 

Xaqani SƏFƏROĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular