Modern.az

“Azərişıq”dan jurnalistlər üçün XƏBƏR VAR  

“Azərişıq”dan jurnalistlər üçün XƏBƏR VAR   

Aktual

8 Noyabr 2017, 11:12

“Azərişıq” ASC elektroenergetikadan yazan jurnalistlər üçün təlimlər təşkil edəcək. Modern.az-ın məlumatına görə, təlimin keçirilməsində əsas məqsəd bu sahədə çalışan jurnalistlərin praktik bilik səviyyələrini genişləndirmək və onları maraqlandıran sualları cavablandırmaqdan ibarətdir.


Təlimlər  Tədris Mərkəzində Səhmdar Cəmiyyətin müəllim əməkdaşları tərəfindən aparılacaq.

Noyabrayının 18-19 və 25-26-da təşkil ediləcək təlimlərin sonunda iştirakçılar sertifikatla təmin ediləcəklər.

Təlimlərdə iştirak etmək istəyən jurnalistlər özləri və çalışdıqları media qurumu haqqında məlumatları və mövzu ilə bağlı son 1 ildə dərc edilmiş məqalələrindən nümunələr göndərmələri xahiş olunur.

Müraciətləri noyabrın 12-dək [email protected] ünvanına göndərə bilərsiniz. Seçilən iştirakçılar noyabr ayının 14-də məlumatlandırılacaqlar.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı