Modern.az

Putinin fəxri ad verdiyi azərbaycanlı - FOTO  

Putinin fəxri ad verdiyi azərbaycanlı - FOTO   

Aktual

8 Noyabr 2017, 12:29

Bu il noyabr ayının 4-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin sərəncamı ilə azərbaycanlı həkim Fuad Şamil oğlu Əliyev səhiyyə sahəsindəki nailiyyətlərinə, uzun illər ərzində göstərdiyi cəmərəli fəaliyyətinə görə “Rusiya Federasiyasının əməkdar həkimi” fəxri adına layiq görülüb.

Modern.az-ın məlumatına görə, Fuad Əliyev 1965-ci ildə Gürcüstanın Dmanisi rayonunda anadan olub və Tümen Tibb İnstitutunun məzunudur. O, ordinaturadan ali dərəcəli cərrah kateqoriyasına çatmaq üçün uzun bir yol keçib. Hazırda isə Tümen Dövlət Tibb Universitetinin ümumi cərrahiyyə kafedrasının müdiri, professordur.

F. Əliyev bir çox yüksək səviyyəli təşkilatların, o cümlədən Rusiya həkim-koloproktoloqlar Assosiasiyasının, Beynəlxalq SMİ Akademiyasının, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin “Koloproktologiya” ekspert məsləhət komissiyasının, Tümen vilayətinin cərrahlar Assosiasiyasının üzvüdür.

Dəfələrlə tibbdəki xidmətlərinə, eləcə də yoğun bağırsağın cərrahiyyəsi üzrə əldə etdiyi çoxsaylı uğurlarına görə mükafatlandırılıb.

Rusiyanın koloproktoloqlar Assosiasiyasının yubley medalı ilə təltif edilib.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?